Rusiya FHN azərbaycanlıları Suriyadan çıxartdı
29 May 2013 Çərşənbə 07:39
Suriyanı tərk etməyi arzulayan 128 nəfər artıq Moskvadadır.
Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarəsi Suriyadan Moskvaya 128 MDB ölkələri vətəndaşını aparıb. ANS PRESS xəbər verir ki, məlumatı Rusiya FHN yayıb.

“İl-62 təyyarəsi Latakiyadan Moskvanın Domodedovo hava limanına gəlib”, - məlumatda deyilir.

Rusiya FHN-nin xüsusi reysi ilə Suriyanı tərk etmək istəyən 128 nəfər Moskvadaya aparılıb. Onlardan 83-ü Rusiya, qalanları ilə Azərbaycan, Moldova, Ukrayna, Belarrus, Özbəkistan və Tacikistan vətəndaşlarıdır. Rusiya FHN Suriyadan çıxarılanlardan neçəsinin azərbaycanlı olduğunu açıqlamayıb.

Ümumilikdə, Suriya münaqişəsi başlanandan Rusiya FHN bu ölkədən 511 nəfəri çıxarıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar