Rusiya Federasiya Şurasının sədr müavini Bakıya gəlib
22 Dekabr 2009 Çərşənbə Axşamı 10:10
Bu gün MM-də Azərbaycan-Rusiya parlametlərarası əməkdaşlıq komissiyasının iclası keçiriləcək
Rusiya Federasiya Şurasının sədr müavini Svetlana Orlovanın başçılıq etdiyi Dövlət Dumasının nümayəndələri Bakıda səfərdədir.
Bu gün nümayəndə heyəti Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edəcək. Daha sonra isə Azərbaycan Milli Məclisində Azərbaycan-Rusiya parlametlərarası əməkdaşlıq komissiyasının növbəti iclası keçiriləcək.

İclas zamanı iki ölkənin qanunvericilik orqanları arasındakı əməkdaşlıq perspektivləri müzakirə ediləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar