Rusiya-Ermənistan qaz kəmərini satmaq niyyətində deyilik
17 Fevral 2011 Cümə Axşamı 10:43
Bunu İrəvanda səfərdə olan Gürcüstanın baş naziri Nika Qilauri bildirib
Gürcüstan hökuməti Rusiya-Ermənistan qaz kəmərinin bu ölkədən keçən hissəsinin nəzarət paketini satmaq niyyətində deyil. ANS PRESS-in "Armenia Today" saytına istinasən verdiyi məlumata görə, bu barədə İrəvanda çıxışında Gürcüstanın baş naziri Nika Qilauri bildirib.

O qeyd edib ki, Gürcüstan ümumiyyətlə ölkə üçün strateji olan obyektlərin nəzarət paketlərini satmaq niyyətində deyil. Bunun sırasına adıçəkilən qaz kəməri də daxildir.

Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkəri (ARDNŞ) Gürcüstan ərazisindən keçən və Ermənistanı qazla təmin edən Rusiya-Ermənistan qaz kəmərini nəzarətə götürmək niyyətində idi. Belə ki, ARDNŞ kəmərin sahibi olan Gürcüstan Dövlət Qaz Şirkətinə bununla bağlı müraciət edərək kəmərin özəlləşdiriləcəyi və ya idarəetməyə veriləcəyi təqdirdə, bu prosesdə iştirak etməkdə maraqlı olduğunu bildirmişdi.

ARDNŞ prezidenti Rövnəq Abdullayev bununla bağlı Gürcüstan hökuməti və Gürcüstanın Qaz Korporasiyası ilə danışıqlar aparırdı. AGRİ ((Azərbaycan-Rumıniya-Gürcüstan sıxılmış qaz layihəsi) layihəsinə əsasən Azərbaycan qazının bu kəmərlə Gürcüstanın Qara dəniz sahillərinə çatdırılması və burada sıxılaraq sıxılmış qazın Bolqarıstan və Rumıniyaya çatdırılması nəzərdə tutulurdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar