Rusiya-Ermənistan müqaviləsindən sonra Azərbaycan hansı addımı atmalıdır?
21 Avqust 2010 Şənbə 22:40
Azərbaycandakı siyasi partiyaların yaranmış situasiyaya münasibəti.
Rusiya və Ermənistan arasında imzalanan hərbi müqavilə rəsmi Moskvanı Dağlıq Qarabağ münaqişəsində maraqlı tərəf edir və onun həmsədr kimi mövqeyini şübhə altına alır. Ölkədəki siyasi partiyalar hesab edir ki, Azərbaycan bununla bağlı müəyyən addımlar atmalıdır.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev hesab edir ki, Azərbaycan Rusiyadan analoji sazişin imzalanmasını tələb edə bilər.

“Öz ərazimizdə anti-terror əməliyyatları keçirib, torpaqlarımızı işğaldan azad etsək belə, Ermənistanın Azərbaycanla bağlı sərhdləri var və həmin sərhədlərdə ermənilər təxribat törədəcək. Azərbaycan sözsüz ki, Ermənistana qarşı hərbi əməliyyatlara başladıqda artıq yalnız Qarabağda deyil, bütün sərhəd boyu ərazilərdə döyüşəməliyyatları gedəcək. Bu da Rusiyaya müdaxilə eutmək üçün əsas verəcək. Azərbaycan ərazisində Rusiyanın istifadə etdiyi Qəlbələ RLS var ki, bu da sırf hərbi məqsədlərə xidmət edən bazadır. Azərbaycan anoloji sazişin imzalanmasını Rusiyadan tələb etməlidir. Ərazi bütövlüyünü tanımaq o deməkdir ki, buna təminat verilməlidir. Rusiyanın bunu etməyəcəyi təqdirdə Azərbaycan Qəbələ RLS-lə bağlı müqaviləni uzatsa, bu bizim dövlətin özünə hörmət etməməsinə gətirib çaxara bilər. Bundan sonra Rusiya Azərbaycana qarşı daha aşağılayıcı, Azərbaycanın milli maraqlarını nəzərə almamaqala ziyanımıza olan qərarlar qəbul edə bilər”,-deyə Qüdrət Həsənquliyev bildirib.

Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli isə bu sazişdən sonra Azərbaycanın təkləndiyini və bunun məntiqi nəticəsi olaraq Türkiyə və NATO istiqamətində iş birliyinə nail olmağın vaxtının gəlib çatdığını hesab edir. “Bu sazişlə Rusiya açıq şəkildə bəyan edir ki, Ermənistanın təhlükəsizıiyinə təminat verir. Bu, Azərbaycana qarşı açıq-aşkar hədədir. Bu şəraitdə dözüb baxmaq, hərəkətsiz qalmaq olmaz. Bu, Azərbaycanın mili maraqlarına ziddir. Ermənistan qarşısında Rusiyanın dövlət səviyyəsində üzərinə götürdüyü hüquqi təminatlar var. Hansısa nazirin kiməsə harsdasa nə isə deməsi, söz verməsi qeyri ciddi səslənir. Ortada müqavilə var və Azərbaycan buna uyğun hərəkət etməlidir. Azərbaycan öz seçimini etməlidir. İndi təklənmiş vəziyyətdəyik. Artıq birmənalı şəkildə Qərb seçimini etməyin vaxtı çatıb. Azərbaycan Türkiyə və NATO istiqamətində işbirliyinə nail olmaq üçün adım atmalıdır”,-deyə Əli Kərimli bildirib.

Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa hüquqi baxımdan Rusiyanın Dağlıq Qarabağda aparılan əməliyyatlara müdaxilə etmək hüququnun olmadığını bildirsə də, Azərbaycanın da Türkiyə ilə oxşar saziş imzalamalı olduğunu hesab edir.

“Bu cür açıq məzmunda Azərbaycana qarşı mövqe tutmaq, bəyanat vermək olduqca ciddi mesaj olaraq qəbul olunmalıdır. Azərbaycan bunu ciddi düşünməlidir. Bu müqavilə Rusiyanın Azərbacan Qarabağda anti-teror əməliyyatları aparan zaman müdaxiləsinə hüquqi əsas vermir. Ona görə ki, o halda Rusyia Ermənistana dəstək verə bilər ki, Ermənistanın BMT-də tanınmış ərazilərini Azərbaycan pozsun. Biz isə artıq yeni situasiyaya uyğun qərar qəbul etməliyik. Bu da ondan ibarətdir ki, Türkiyə ilə eyni məzmunda oxşar variantda müqavilə üzərinə düşünməlik. Daxili gücümüzü ortaya qoymalıyıq",-deyə Fazil Mustafa bildirib.

Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov Rusiyanın bundan sonrakı vasitəçilik missiyasının şübhə altına düşdüyünü və müqavilənin Cənubi Qafqazda gərginlik yaratdığını bildirib. YAP rəsmisi Rusiya prezidentinin Azərbaycana səfərini gözləməyin vacib olduğunu hesab edir. “Rusiyanın Minsk qrupunun həmsədrlərindən biri kimi münaqişənin tərəfi olan Ermənistan ərazisində ordusunu yerləşdirməsi münaqişənin nizama salmaq missiyasını həyata keçirməkdə qərəzsiz olmasına kifayət qədər şübhə yaradır. Çünki həmin müqavilənin maddələrinə görə Rusiya Ermənistanın təhlükəsizliyini qorumaq kimi çox qəribə bir öhdəlik götürür. Təbiidir ki, münaqişənin nizamlanmasında tərəflər kimi Ermənistan və Azərbaycan çıxış edir. Azərbaycan hərb yoluna əl atmalı olarsa ciddi problemlər ortaya çıxacaq. Belə tərəfdaşlığın olması vasitəçi kimi Rusiyanın onun tərəfindən çıxış eləməsi üçün əsas verir. Belə müqavilənin bağlanması Rusiyanın dəfələrlə hərbi bazanın Azərbacana təsir etməycəyi ilə bağlı bəyanatına baxmayaraq bütünlükdə həm münaqişənin həllinə əngəl törədəcək, həm də Cənubi Qafqazda gərginlik yaradır. İndiki vəziyyətdə isə Rusiya prezidentinin Bakıya səfərini gözləmək lazımdır”,-deyə Əli Əhmədov bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar