Rusiya Duması Azərbaycan-Rusiya sərhədilə bağlı razılaşmaya baxacaq
17 İyun 2011 Cümə 12:00
Müqavilə ötən ilin sentyabrında Bakıda imzalanıb.
Bu gün Rusiya Dövlət Duması bu ölkənin Azərbaycan və Gürcüstanla dövlət sərhəddindən Xəzər dənizinə qədər quru sərhədləri möhkəmlədən Rusiya ilə Azərbaycan arasındakı müqaviləyə baxacaq. Müqavilə ötən ilin sentyabrında Bakıda imzalanıb. Müşayidəedici sənədlərdə göstərildiyi kimi, bu xətlər keçmiş Dağıstan Muxtar Respublikası və Azərbaycan arasında qədim inzibati sərhədlərə uyğundur.
Qeyd edək ki, bu Rusiya Azərbaycan arasında sərhədlə bağlı ilk sənəddir. Bundan əvvəl rəsmi Moskva bəyan etmişdi ki, Rusiya ilə Azərbaycan arasında torpaq mübahisisəsi yoxdur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: