Rusiya Belarusun qazını azaltdı
21 İyun 2010 Bazar Ertəsi 12:45
“Qazprom” Belarusa nəql olunan təbii qazın verilişini 15 faiz məhdudlaşdırıb.
Rusiyanın “Qazprom” şirkəti bu gün Moskva vaxtı ilə saat 10.00-dan etibarən Belarusa nəql olnan təbii qazın verilişini məhdudlaşdırıb. ANS PRESS-in “İTAR-TASS”a istinadən yaydığı məlumata görə, ilkin olaraq məhdudlaşdırma limiti sutkalıq normadan 15 faiz az olacaq. Sonradan bu limit yavaş-yavaş 85 faizə qədər artırılacaq. Bu barədə operativ qərargahın iclasında qaz holdinqinin rəhbəri Aleksey Miller məlumat verib.

Onun sözlərinə görə, Belarus tərəfinə Rusiyadan nəql olunan təbii qazın borcunun ödənilməsinə verilən 5 gün vaxt artıq bitib. Bu səbəbdən də bu gün saat 10:00-dan Belarusa nəql olunacaq sutkalıq qaz normadan 15 faiz az olacaq. Sonradan əgər rəsmi Minsk borcu ödəməyəcəksə, bu limit 85 faizə qədər artırılacaq”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar