Rusiya Azərbaycanın BMT TŞ-yə müvəqqəti üzvlüyünü alqışlayır
03 Noyabr 2011 Cümə Axşamı 17:57
Rusiya bu məsələdə öz rolunu da xüsusi qeyd edib.
Rusiya Azərbaycanın BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilməsini alqışlayır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Aleksandr Lukaşeviç bugünki həftəlik brifinqdə bildirib.
Rusiya xarici siyasət idarəsinin təmsilçisi bu məsələdə Rusiyanın rolunu da diqqətə çatdırmağı unutmayıb: “Azərbaycanın quruma müvəqqəti üzv seçilməsi Rusiyanın da bu istiqamətdəki rolunu göstərir”.
Aleksandr Lukaşeviç bildirib ki, Bakının əldə edəcəyi qazanc Azərbaycan rəhbərliyinin prioritetləri ilə bağlıdır: “Bildiyimə görə, azərbaycanlı həmkarlarım bizim ölkələrin XİN xətləri ilə məqsədli məsləhətələşmələrin keçirilməsində olduqca maraqlıdır”.
Xatırladaq ki, oktyabrın 25-də BMT Baş Assambleyasında Təhlükəsizlik Şurasına Şərqi Avropadan Azərbaycan tarixində ilk dəfə quruma üzv seçilib. Səsvermədə Azərbaycanən rəqibi Sloveniya olub.
Rəqibimiz Sloveniya namizədliyini geri götürdükdən sonra keçirilən səsvermədə Azərbaycanın lehinə 155 ölkə səs verib, 24 ölkə isə bitərəf qalıb, 13 ölkə isə yenə də namizədliyini geri götürən Sloveniyaya səs verib.
DOSTLARINLA PAYLAŞ: