Rusiya Azerbaycana döyüş teyyareleri satmaqdan imtina edib
24 Aprel 2013 Çərşənbə 14:16
Rusiya ilə Su-27, Su-30 və MiQ-31 tipli döyüş təyyarələrinin alınmasına dair danışıqlar nəticəsiz qalıb.
Azərbaycan və Rusiya arasında döyüş təyyarələrinin satın alınması ilə bağlı aparılan danışıqlara Rusiya aviasiya sənayesinə rəhbərlik edən erməni əsilli şəxslər maneçilik törədiblər. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.
Azərbaycan tərəfinin əldə etdiyi məlumatlara görə, Rusiyanın Birləşmiş Aviatikinti Korporasiyasının, eləcə də MiQ və Suxoy şirkətlərinin rəhbərliyində təmsil olunan erməni əsilli şəxslərin səyləri nəticəsində Rusiya ilə Su-27, Su-30 və MiQ-31 tipli döyüş təyyarələrinin alınmasına dair danışıqlar nəticəsiz qalıb. Rusiya Azərbaycana YaK-130 tipli təlim təyyarələri istisna olunmaqla, döyüş təyyarələri satmaqdan imtina edib.
Hazırda Azərbaycan hökuməti aviaparkın yeni döyüş təyyarələri ilə gücləndirilməsi istiqamətində alternativ istiqamətlərdə danışıqlar aparır.
DOSTLARINLA PAYLAŞ: