Rusiya, Azərbaycan və Ermənistanın XİN rəhbərləri görüşüb
22 Aprel 2011 Cümə 23:47
Moskvada keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılıb.
Bu gün Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçirilib. ANS PRESS-in Rusiya Xarici İşlər Nazirliyinin internet saytına istinadən yaydığı məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müzakirələr aparılıb.

Məlumata görə, Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan bu ilin martın 5-də Soçidə keçirilən üçtərəfli sammitdə əldə olunmuş anlaşmalara uyğun olaraq Qarabağ nizamlanması ilə bağlı aktual məsələlərə toxunub.

Xatırladaq ki, bu ilin martın 5-də Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçidə keçirdikləri görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri, atəşkəs rejiminin möhkəmləndirilməsi və etimad tədbirləri müzakirə edilib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar