Rus Pravoslav Kilsəsi QMİ sədrinin İrəvana səfərini hazırlayır
17 İyun 2011 Cümə 16:54
Bunu Rus Pravoslav Kilsəsinin kilsə və cəmiyyət münasibətləri şöbəsinin dinlərin coğrafiyaları mərkəzinin direktoru Roman Silantyev bəyan edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və erməni apostol kilsəsinin başçısı ikinci Qaregin arasında səfərlər mübadiləsi Qarabağ nizamlanmasında yeni mərhələ yaratmağa imkan verəcək. Rus Pravoslav Kilsəsində belə hesab edirlər.

“İndi biz İrəvanda MDB Dinlərarası Şurasının Rəyasət Heyətinin noyabrın 28-də keçiriləcək iclasını hazırlayırıq. Bu, şeyxin Ermənistana tarixi səfəridir, necə ki, Qaregin (Erməni Apostol Kilsəsinin rəhbəri ) Bakıya gəlmişdi”, - deyə Rus Pravoslav Kilsəsinin kilsə və cəmiyyət münasibətləri şöbəsinin dinlərin coğrafiyaları mərkəzinin direktoru Roman Silantyev “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bəyan edib.

Rus Pravoslav Kilsəsi nümayəndəsinin sözlərinə görə, 2010-cu ilin aprelində ikinci Qareginin Bakıya səfəri və noyabrda A.Paşazadənin İrəvana gözlənilən səfəri “həqiqətən tarixi hadisələrdir”.

“Təbii ki, bu xüsusi zəhmət aparan hazırlıq tələb edir. Aydındır ki, provokasiyalar ola bilər, hər hansı hərəkətləri təhrif olunmuş şəkildə şərh edəcəklər. Mümkün provokasiyaların sayını minimuma endirmək üçün buna son dərəcə ciddi yanaşmaq lazımdır”, - deyə R.Silantyev bildirib.

“Ümidvaram ki, hər şey normal keçsə, münaqişələrin nizamlanmasının yeni mərhələsi başlayacaq. Dini diplomatiyanın rolu ilbəil artır. Təkcə postsovet məkanında deyil, bütün dünyada dini liderlərin səsi daha güclü eşidilməyə başlayır”, - deyə o vurğulayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar