Rostropoviçin qızı Azərbaycana gəlib
26 May 2010 Çərşənbə 00:35
Səfər çərçivəsində Azərbaycanın səhiyyə naziri və digər hökumət rəsmiləri ilə görüşlər keçiriləcək.
Vişnevskaya-Rostropoviç Fondunun prezidenti Yelena Rostropoviç, qurumun icraçı direktoru Viliam Amoss və tibbi direktoru Raul Vintzedən ibarət nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
Səfərin məqsədi Səhiyyə Nazirliyi ilə Fond arasında 2010-2012-ci illərdə birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək “Hamilə qadınların HepB və HİV-ə qarşı diaqnostikası və yeni doğulmuş uşaqların HepB-ə qarşı profilaktikası” və “Məktəbli uşaqlar arasında helmintlərə qarşı mübarizə” proqramlarının genişləndirilməsi ilə bağlı ikitərəfli əməkdaşlıq müqaviləsinin imzalanmasıdır.
Mayın 29-dək davam edəcək səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın səhiyyə naziri və digər hökumət rəsmiləri ilə görüşlər keçirəcək və bir sıra tibb müəssisələrində olacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: