Roma Papası xalqımızı təbrik edib
22 İyun 2012 Cümə 11:35
XVI Benedikt Respublika günü münasibətilə dövlət başçısına ən xoş arzularını çatdırıb.
Roma Papası XVI Benedikt Azərbaycan prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. O, Azərbaycanın milli bayramı – Respublika günü münasibətilə dövlət başçısını və azərbaycanlıları səmimi təbriklərimi və ən xoş arzularını çatdırıb.

"Ulu Tanrıdan Azərbaycan xalqının ədalət və qardaşlıq içində layiqli və dinc həyat sürməsini arzulayıram. Zati-aliləri, Sizə, Azərbaycan xalqına və ölkənizin siyasi rəhbərlərinə Ulu Tanrının xeyir-duasını diləyirəm".



DOSTLARINLA PAYLAŞ:

oyunlar