Roma Papası Azərbaycan xalqını təbrik etdi
26 May 2011 Cümə Axşamı 22:31
Roma Papası XVI Benedikt 28 May Respublika günü münasibəti ilə prezident İlham Əliyevə məktub ünvanlayıb.
Roma Papası XVI Benedikt Azərbaycan prezidenti İlham Əliyevə 28 May - Respublika günü münasibəti ilə təbrik məktubu ünvanlayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən yaydığı məlumata görə, Roma Papası XVI Benediktin təbrikində deyilir: “Azərbaycan Respublikasının öz Milli bayramını qeyd etdiyi bir vaxtda respublikanıza və Azərbaycan xalqına bəslədiyim səmimi arzuları Zati-alinizə çatdırmaqdan çox məmnunam. Tanrıdan ölkənizdə sülh və əmin-amanlıqla dolu gələcək təmin etmək məqsədilə səlahiyyət və səxavətlə ümumi maraq naminə fəaliyyət göstərən hər kəsin səylərinin dəyərləndirilməsini arzu edirəm. Zati-alinizə, ölkənizin əhalisinə, siyasi rəhbərlərinə, eləcə də bütün vətəndaşlarına Uca Tanrının xeyir-duasını diləyirəm". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar