Roland Kobia: Azərbaycanın Avropada olmaq üçün gözəl bir şansı var
05 Dekabr 2011 Bazar Ertəsi 11:40
Roland Kobia: Hər bir dövlətin gücü onun dövlət idarəçiliyindən asılıdır. Dövlət demokratiya və insan haqlarını əsas tutmalıdır. Biz görürük ki, Azərbaycan bu yolda çalışır.
APA-nın xəbərinə görə, bunu Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia Bakıda keçirilən “Səmərəli dövlət idarəçiliyi: zamanın çağırışları” adlı beynəlxalq konfransda çıxışında bildirib.
R.Kobia deyib ki, dövlətdə korrupsiyaya qarşı mübarizə və şəffaflıq əsas məqsəd daşımalıdır: “Bu nəinki Azərbaycana, həm də Avropa ölkələrinə aiddir. Biz görürük ki, bu Azərbaycanda alınır. Azərbaycan Şərqi Avropanın bir hissəsidir. Onun gözəl bir şansı var ki, Avropada olsun. Bu bəlkə də ilk baxışda çox çətin görünür. Amma biz - Avropa və Azərbaycan bir yerdə bu məqsədə çata bilərik”.
Nümayəndəliyin rəhbəri onu da deyib ki, Azərbaycanın Avropada tanınmasında gələn il Bakıda keçiriləcək “Eurovision -2012” mahnı müsabiqəsinin böyük əhəmiyyəti olacaq: “BMT Təhlükəsizik Şurasının qeyri-daimi üzvü seçilməsi də Azərbaycanı Avropada tanıdacaq. Azərbaycan addım-addım Avropaya irəliləyir”.
DOSTLARINLA PAYLAŞ: