Robert Bradtke: Baza prinsipləri sülh razılaşması deyil
24 İyun 2011 Cümə 14:19
Amerikalı həmsədr Robert Bradtke: "Bu, 14 maddədən və 5,5 səhifədən ibarət çərçivə sənədidir".
"Aydındır ki, biz danışıqlar prosesinin çox vacib mərhələsindəyik". Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtke Moskvada Amerika səfirliyində keçirilən brifinqdə bildirib.

O, Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazan görüşü barədə danışarkən qeyd edib ki, onun nöqteyi nəzərindən bu, 2011-ci ilin əvvəlindən Ki-Vestdə sülh müqaviləsinin əldə olunması üçün bütün səylər göstəriləndən sonra danışıqlar prosesində ən vacib mərhələdir,

O, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin prezidentlərinin Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün qəti addımlar atmağa hazır olduqlarını və tərəfləri Kazan görüşündə münaqişənin həlli ilə bağlı Baza prinsiplərini razılaşdırmağa çağırdıqları Dovil bəyanatını vurğulayıb.

"Baza prinsipləri sülh razılaşması deyil. Bu, 14 maddədən və 5,5 səhifədən ibarət çərçivə sənədidir. Bu, tərələr üçün razılıq əldə etmək üçün danışıqları aparmağa olan göstərişdir. Bu nazirlərə son sülh razılaşmasını rəsmiləşdirmək üçün göstərişdir", deyə Bratdke qeyd edib.

O əlavə edib ki, bu sənəd ətrafında danışıqlar uzun müddət aparılıb və sənəd üzrə ən aktiv dövr 2007-ci ilin sonunda olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar