Respublika Günü Strasburqda qeyd edildi
29 May 2014 Cümə Axşamı 07:59
Azərbaycanın Avropa Şurası yanındakı Daimi Nümayəndəliyi 28 May-Respublika Günü münasibətilə rəsmi qəbul keçirib.
Daimi nümayəndəliyin mənzil qərargahında təşkil olunmuş tədbirdə Avropa Şurasının rəsmləri, təşkilatda və Strasburqda akkreditə olunan diplomatik korpusun əməkdaşları, şəhər ictimaiyyətinin nümayəndələri, Strasburq Universitetinin müəllimləri, Azərbaycan və türk diaspora təmsilçiləri iştirak ediblər.

Nümayəndəliyin rəhbəri səfir Emin Eyyubov tədbirdə çıxış edərək müsəlman Şərqində 1918-ci ildə ilk dəfə Azərbaycanda müstəqil və demokratik dövlətin yarandığını, cəmi 23 ay fəaliyyət göstərən bu dövlətin 1991-ci ildə SSRİ-nin süqutundan sonra yenidən müstəqilliyini bərpa etdiyini diqqətə çatdırıb, dövlət başçısı Heydər Əliyevin uğurlu siyasəti sayəsində müstəqilliyini qoruyub saxladığını və iqtisadi inkişaf yoluna qədəm qoyduğunu qeyd edib.

Azərbaycanı Avropada tanıtmaq istiqamətində bir çox layihələr həyata keçirən Avropa-Azərbaycan Cəmiyyətinin Belçika təmsilçisi Roman Huna çıxışında Respublika Gününün Avropa Şurası kimi nüfuzlu bir təşkilatın mənzil iqamətgahında qeyd olunmasından cəmiyyətin məmnunluq duyduğunu bildirib.

O, bu tədbirin Şərq aləmində ilk dəfə Azərbaycanda müstəqil və demokratik dövlət qurulması barədə iştirakçılara məlumat verilməsi və avropalılara tanıdılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Sonda Avropada tanınmış azərbaycanlı skripka ustası Sabina Rakşeyevanın ifasında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar