Rəsmi Moskvadan çağırış
02 Avqust 2014 Şənbə 18:10
Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda son günlər baş verənləri atəşkəs sazişinin kobud pozulması kimi qiymətləndirir.
ANS PRESS-in məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin direktorunun müavini Mariya Zaxarova bəyanatla çıxış edərək bildirib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artması yolverilməzdir.
Rusiya rəsmisi münaqişənin bütün iştirakçılarını gücdən istifadədən imtina etməyə və vəziyyətin sabitləşməsi üçün lazım olan tədbirləri görməyə çağırıb.
DOSTLARINLA PAYLAŞ: