Rəsmi İrəvan indiki status-kvonu saxlamaq istəyir
01 Dekabr 2010 Çərşənbə 16:50
Astana sammitində çıxış edən dövlət başçısı Ermənistanın münaqişənin eskalasiyası yoluna üstünlük verdiyini bildirib
Azrbaycan prezidenti İlham Əliyev ATƏT-in Astanada keçirilən sammitində çıxış edib. ANS-in Astanaya ezam edilmiş xüsusi müxbirinin verdiyi məlumata görə, dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-konstruktiv mövqe tutan Ermənistanın ünvanına kəskin ifadələr işlədib. İ.Əliyev rəsmi İrəvanın indiki status-kvonu qoruyub saxlamaq və danışıqların mənasız prosesə çevirmək istədiyini, lakin Azərbaycanın buna yol verməyəcəyini bildirib.
Prezident bəyan edib ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi və beynəlxalq səviyyədə tanınmış ərazisidir: "Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bötövlüyü çərcivəsində öz həllini tapa bilər".
Prezident eyni zamanda Ermənistanın münaqişənin eskalasiyası yoluna üstünlük verdiyini qeyd edib: "Bu o deməkdir ki, onlar atəşkəs rejimini pozur, işğal altındakı ərazilərdə təlimlər keçirir. Tarixi yer adlarını dəyişdirir. Bir sözlə münaqişənin sülh yolu ilə həllində yaranmış imkanları sıfıra endirir".
DOSTLARINLA PAYLAŞ: