Rəsmi Bakı və Ankara Qarabağı müzakirə edib
09 İyun 2010 Çərşənbə 13:00
Elmar Məmmədyarov və Əhməd Davudoğlu görüşünün təfərrüatları.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun türkiyəli həmkarı Əhməd Davudoğlu ilə görüşünün təfərrüatları məlum olub. Görüş İstanbulda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində baş tutub. ANS-in İstanbula ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, görüş zamanı Türkiyənin Dağlıq Qarabağ münaqişəsindəki aktivliyi, həmçinin Ermənistan-Türkiyə münasibətləri diqqət mərkəzində olub.

Görüşün təfərrüatları tam olaraq açıqlanmayıb. Lakin Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibinin məlumatına görə, ümumi məsələlər ətrafında müzakirələr aparılıb. Görüş bir saata yaxın davam edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar