Rəsmi Bakı Suriyadan olan ermənilərin Qarabağda yerləşdirilməsinə etiraz edib
06 Avqust 2012 Bazar Ertəsi 10:37
Məsələnin qeyri-qanuni olması Minsk qrupunun həmsədr ölkələri və beynəlxalq təşkilatlar qarşısında qaldırıb.
Rəsmi Bakı Suriyadan olan ermənilərin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində yerləşdirilməsinin qeyri-qanuni olması məsələsini Minsk qrupunun həmsədr ölkələri və beynəlxalq təşkilatlar qarşısında qaldırıb. Bu barədə Trend-ə XİN-in mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Azərbaycan işğal olunmuş tarixi torpaqlarında qeyri-qanuni məskunlaşmanın aparılmasını bundan əvvəlki hesabatlarda da qeyd edib.
Qeyd edək ki, Dağlıq Qarabağın separatçı rejiminin baş naziri Аrа Аrutunyan bəyan edib ki, Suriyadan olan erməni qaçqınların Dağlıq Qarabağda yerləşdirilməsi üçün lazımi şərait mövcuddur.
DOSTLARINLA PAYLAŞ: