Rəsmi Bakı Qarabağda İraq ermənilərinin məskunlaşdırılmasına reaksiya verib
19 İyul 2010 Bazar Ertəsi 13:50
Azərbaycanın Suriyafakı səfirliyi İraqın Suriyadakı səfirliyinə sorğu göndərib.
Son zamanlar kütləvi informasiya vasitələrində Suriyada yaşayan İraq ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşması ilə əlaqədar yayılan məlumatlara reaksiya olaraq Azərbaycanın Suriya Ərəb Respublikasındakı Səfirliyi İraqın Suriyadakı Səfirliyinə sorğu göndərib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə məlumat verilib.

Məlumata görə, İraqın Dəməşqdəki Səfirliyindən daxil olmuş sənəddə bildirilir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Suriyadakı nümayəndəliyinin Suriyada məskunlaşmış qaçqınların vəziyyətinə dair 2010-cu ilin aprel ayı üzrə hesabatına əsasən, 2010-cu ilin 31 mart tarixinədək nümayəndəlikdə qeydiyyatdan keçmiş erməni əsilli İraq qaçqınlarının sayı 1223 nəfərdir.

Həmçinin məktubda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəliyi Suriyada məskunlaşmış İraq vətəndaşlarının Qərbi və Mərkəzi Avropa, habelə Şimali Amerika dövlətlərində yerləşdirildiyini bildirilib. Hesabatda İraq qaçqınlarının Ermənistan və Azərbaycan ərazilərində yerləşdirilməsi ilə əlaqədar heç bir əməliyyatın həyata keçirilmədiyi göstərilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar