Rəsmi Bakı: “İranın notasındakı məlumatlar yalnışdır
13 Fevral 2012 Bazar Ertəsi 15:01
Azərbaycan Xarici İşlər Nazirliyi nota ilə bağlı açıqlam verib.
“İranın notasında olan məlumatlar həqiqətə uyğun deyil”. Bunu ANS-ə Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev deyib. Onun sözlərinə görə, nazirlik bunun İran xüsusi xidmət orqanları ilə bağlı dəstə tutulduqdan sonra Azərbaycanın verdiyi notaya İranın reaksiyası olduğunu hesab edir. “Biz hesab edirik ki, notanın verilməsi bizim İranla münasibətlərimizdə neqativ andır. Azərbaycan İranla yaxşı qonşuluq münasibətlərinin tərəfdarıdır”.

Qeyd edək ki, İran Azərbaycana etiraz notası təqdim edib. ANS PRESS-in İRNA-ya istinadən verdiyi məlumata görə, bununla bağlı ötən gün Azərbaycanın Tehrandakı səfiri Cavanşir Axundov İranın Xarici İşlər Nazirliyinə çağırılıb və səfirə İran tərəfinin etiraz notası təqdim olunub.

Məlumata görə, notada Azərbaycan Respublikasının İsrailin kəşfiyyat xidməti olan MOSSAD təşkilatına ölkə ərazisində İranın əleyhinə fəaliyyət göstərməsi, İranın nüvə alimlərini qətlində əli olan terrorçuların bu ölkəyə azad şəkildə gediş-gəlişlərinə şərait yaratdığı və digər məsələlər qeyd olunaraq, rəsmi Bakıdan bu cür addımlara son qoyulması tələb olunub.

Notada həmçinin Azərbaycan mətbuatında İrana qarşı təbliğat aparılması, Azərbaycandakı İran təşkilatlarının nümayəndələrinə problemlər yaradılması da qeyd edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar