Rəsmi Ankara sərhədlərin açılması məsələsinə aydınlıq gətirdi
17 İyul 2010 Şənbə 11:30
İrəvan isə Türkiyədən sərhədi açmağı xahiş etməyəcəyini bildirib.
Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi Burak Özügərgin, Ermənistanda keçiriləcək NATO-nun tədbiri ilə bağlı Türkiyə-Ermənistan sərhədlərinin açılması ehtimalına münasibət bildirib. CNN Türk-ün məlumatına görə, XİN rəsmisi deyib ki, Türkiyə yalnız tədbirlə əlaqədar olaraq müəyyən yüklər daşıyan avtomaşınların keçməsi ilə bağlı, eyni zamanda xüsusi ehtiyac yaranarsa, qısa müddətə sərhədi açmaq barədə düşünür. Özügərginin sözlərinə görə, bundan artıq hansısa addım atılması barədə mətbuatda gedən xəbərlər həqiqəti əks etdirmir.
Ermənistan tərəfi isə bildirib ki, rəsmi İrəvan Türkiyədən sərhədi açmasını xahiş etməyəcək. Türkiyənin "Hürriyyət" qəzetinin xəbərinə görə, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyindəki diplomatik mənbə “Radio Free Europe”ya müsahibəsində deyib. Ermənistan XİN-dəki mənbə İrəvanın NATO-nun tədbiri ilə bağlı Türkiyədən sərhədlərin açılmasını xahiş etmək niyyətinin olmadığını xüsusi vurğulayıb.
Adının açıqlanmasının istəməyən erməni diplomat radioya verdiyi açıqlamada Ankaradan verilən bəyanatın “Türkiyənin imicini parlatmaq” məqsədi daşıdığını bildirib. “Ermənistanın belə bir xahiş etmək fikri yoxdur” deyən mənbə, Ermənistan hökumətinin bu tədbirə qatılmaq üçün Türkiyə ilə sərhəddən ölkə ərazisinə insan və maşın keçməsinə icazə verə bilməyəcəyini bildirib.
Xatırladaq ki, 11-17 sentyabr tarixlərində Ermənistanın Lori Mar bölgəsində 19 NATO üzvü olan ölkənin iştirakı ilə humanitar yardım məqsədli tədbir keçiriləcək. Bu səbəbdən Türkiyənin hansısa müraciət olarsa, yardım karvanının Qars sərhədindən Ermənistana aparılmasına icazə verəcəyi deyilirdi. Ermənistanda planlaşdırılan tədbirə Türkiyənin 4 nəfərdən ibarət nümayəndə heyəti qatılacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: