Regionun düşmənləri Qarabağ münaqişəsinin həllini istəmir
24 Noyabr 2010 Çərşənbə 17:25
“Regionun düşmənləri Qarabağ münaqişəsinin həll olunmasını istəmir”. APA-nın xəbərinə görə, bunu İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami bu gün keçirdiyi mətbuat konfransında deyib.
Səfir qeyd edib ki, İran Əfqanıstanda, İraqda sülhün və sabitliyin bərpa olunması üçün çalışdığı kimi, Qarabağda da münaqişənin tezliklə həll olunmasını istəyir: “İran Azərbaycanın ərazi bütövlüyünü əvvəlcədən tanıyıb, bütün beynəlxalq arenalarda Azərbaycanın haqq işinin hər zaman dəstəkləyib”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar