Rəcəb Tayyip Ərdoğan: “Ermənistan protokollara diqqətli yanaşmalıdır”
31 Yanvar 2010 Bazar 02:00
Rəcəb Tayyip Ərdoğan: “Biz Türkiyə olaraq razılaşmadakı vədlərimizi yerinə yetirmişik”
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Ermənistanı Türkiyə ilə imzalanmış protkollara diqqətli yanaşmağa çağırıb. O, Euronews telekanalına müsahibəsində deyib ki, rəsmi Ankara Ermənistan Konstitusiya Məhkəməsinin qərarı ilə razılaşmır: “O zaman biz niyə görüşürük? Nə edəcəyik. O zaman Ermənistanın bunu yenidən ələ alması, yenidən müzakirə etməsi lazımdır. Biz Türkiyə olaraq razılaşmadakı vədlərimizi yerinə yetirmişik. Ortada qarşılıqlı hazırlanmış bir yol xəritəsi var və o davam edəcək. Biz buna hazırıq. Səmimiyik. Yolumuza da eyni şəkildə davam edirik”.
Rəcəb Tayyip Ərdoğan Türkiyənin Avropa Birliyinə (AB) üzvlüyü məsələsinə də toxunub. Onun fukrincə, AB üzvlərinin bir qismi dürüst davranmır və Türkiyəni küncə sıxışdırmaq istəyir. O, Fransa prezidenti Nikola Sarkozninin mövqeyini də tənqid edib: “Hörmətli Sarkozi ağılasığmaz, yaxud ağlın qəbul etməyəcəyi fikirlər irəli sürür. Nə edirlərsə etsinlər, hansı əngəli yaradırlarsa yaratsınlar, biz fəaliyyətimizi davam etdirəcəyik. Sıbrlə davam etdirəcəyik. Amma təbii ki, bunun da bir sonu var. AB, onun bütün üzvləri “Biz Türkiyəni qəbul etmirik” deyənədək... Bunu demələri lazımdır”.
Rəcəb Tayyip Ərdoğan onu da deyib ki, AB xristian klubu olmamalı, islamofobiya kampaniyasına qoşulmamalıdır. Əksinə, bu qrum belə kampaniyalarda iştirak edən ölkələrə xəbərdarlıq etməlidir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: