Rəcəb Tayyib Ərdoğan: Xocalını unutdurmayacağıq
28 Fevral 2012 Çərşənbə Axşamı 14:21
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısında çıxış edib.
"Xocalını unutmayacağıq, unutdurmayacağıq". ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısının bu gün keçirilən iclasında deyib.
Baş nazir İstanbulda Xocalını anma mitinqində bəzi marjinal plakatların açılmasının və şüarlar səsləndirilməsinin Xocalı dayanışmasına kölgə sala bilməyəcəyini bildirib.

"1992-ci il fevralın 26-da Xocalıda 613 məsum insan ermənilər tərəfindən qətlə yetirilib. Qardaşlarımızı bir daha rəhmətlə anırıq. Oradakı məsumların yasını tutmağa davam edəcəyik", deyə Ərdoğan qeyd edib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar