Rəcəb Tayyib Ərdoğan: “Tarix boyu bizim ürəyimiz Azərbaycanla birlikdə döyünüb”
27 Fevral 2011 Bazar 00:41
Rəcəb Tayyib Ərdoğan: “Azərbaycan ilə Türkiyə qardaşlıq vəzifələrini hər zaman yerinə yetiriblər”.
“Bizim Azərbaycanla əlaqələrimiz sadəcə könüldən gələn bir qardaşlıqla bağlı deyil”. Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan TRT kanalının istehsalı olan “Qafqaz İslam Ordusu - 1918” sənədli filminin təqdimat mərasimindəki çıxışında deyib. “Azərbaycan ilə Türkiyə qardaşlıq vəzifələrini hər zaman yerinə yetiriblər. Bizi Azərbaycanla uzun bir tarix birləşdirir. Bu tarix boyu bizim ürəyimiz Azərbaycanla birlikdə döyünüb. Bu əlaqələr 1991-ci ildən başlamır. 1918-ci ildə Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu əvvəlcə Gəncə şəhərini, sonra Bakını işğaldan azad edib. Azərbaycanın böyük şairi Əhməd Cavad bunu vəsf edib, öz şeirində “Çırpınırdı Qara dəniz, baxıb Türkün bayrağına” deyib. Qafqaz İslam Ordusunda 8 min Anadolu türkü, 7 min Azərbaycan türkü döyüşüb”, - deyə Türkiyənin hökumət başçısı bildirib.
.
Rəcəb Tayyib Ərdoğan Qafqaz İslam Ordusunun tərkibində şəhid olanlara Allahdan rəhmət diləyib, bu sənədli filmin gənc nəslin də vətənpərvərlik ruhunda tərbiyə alması üçün TRT-nin tədris kanalında nümayiş etdirilməsini tövsiyə edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: