Rəcəb Tayyib Ərdoğan “erməni soyqırımı” iddialarını rədd etdi
13 Aprel 2010 Çərşənbə Axşamı 00:30
Rəcəb Tayyib Ərdoğan: “Açıq deyirəm, parlamentlərin qəbul etdiyi qərarlar Ermənistanın xeyirinə deyil və ola bilməz”.
“1915-ci il hadisələrinin sryqırımı kimi təqdim edilməsini, bunun hökmünün parlamentlər tərəfindən verilməsini ədalətsiz və birtərəfli mövqe kimi rədd edirik”. Bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra Corc Meyson Universitetində bəyan dib. Onun sözlərinə görə, rəsmi Ankara keçmişdə yaşanan acıların tər bir bucağından və birtərəfli şəkildə siyasətə alət edilməsinə qarşıdır: “Buna heç kimi haqqı yoxdur. Biz tarixin birtərəfli şəkildə oxunmasına, bəzi əsassız hökmlər verilməsinə qarşı çıxırıq. Tarixi hadisələri tarix elmi, taroixçilər, arxivlər, sənədlər araşdırmalıdır. Tarix parlamentlərdə yazılmaz, parlamentlərdə müzakirə oluna bilməz”.
Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə tarixi gerçəklərin ortaya çıxarılmasından heç bir qaçmayıb, indi də qaçmır: “Əksinə, biz arxivlərimizi açdıq, sənədləri ortaya qoyduq. Dedik ki, digər arxivi olanlar da onları açsınlar. Üçüncü, dördüncü ölkələr də arxivlərini açsınlar. Sənədlərini ortaya qoysunlar. Birgə tarix komissiyasının yaradılması ilə bağlı çağırışı bi etdik. 2005-ci ildə hörmətli Koçaryana (Ermənistanın keçmiş prezidenti Robert Koçaryan) məktub yazdım. “Dünya tarixçiləri 1915-ci il hadisələrini araşdırsın, ən incə detalına qədər ortaya qoysun” dedik, amma çağırışımıza cavab almadıq. Tarixin parlamentlərdə müzakirə olunması heç kimə fayda vermir. Açıq deyirəm, parlamentlərin qəbul etdiyi qərarlar Ermənistanın xeyirinə deyil və ola bilməz. İnanıram ki, əllərini qaldırıb, əllərini salmaqla tarixi təhrif edənlər bugünkü nəsillərə, bugünkü sülh axtarışlarına, dialoq axtarışlarına ciddi zərər vurduqlarını tezliklə başa düşəcəklər”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: