Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlir
25 İyul 2011 Bazar Ertəsi 03:28
Baş nazir Rəcəb Tayyib Ərdoğan bu səfərdə Azərbaycan prezidenti Cənab İlham Əliyevlə ikitərəfli və heyətlərarası görüşü nəzərdə tutulur.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan iki gün sonra Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə məlumatı Türkiyə baş nazirliyinin rəsmi saytı yayıb: “Cənab baş nazirimiz iyunun 12-də keçirilən parlament seçkisindən sonra ikinci rəsmi səfərini 27 iyul 2011-ci il tarixdə müstəsna qardaşlıq və dostluq münasibətlərinə sahib olduğumuz Azərbaycana edəcək. Baş nazirin bu səfərdə Azərbaycan prezidenti Cənab İlham Əliyevlə ikitərəfli və heyətlərarası görüşü nəzərdə tutulur. Görüşlərdə Türkiyə ilə Azərbaycanın ikitərəfli münasibətlərinin gündəmində olan mövzularla yanaşı hər iki ölkənin diqqət mərkəzində olan ortaq regional və beynəlxalq hadisələr də dəyərləndiriləcək”. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar