Ramiz Mehdiyev: “Xalqımız münaqişənin istənilən yolla həllinə hazır olmalıdır”
24 Yanvar 2010 Bazar 01:20
Ramiz Mehdiyev: “Əgər Dağlıq Qarabağ probleminin dinc həll yolu tapılmasa, biz başqa yola axtarmalı olacağıq”
“Azərbaycan xalqı Dağlıq Qarabağ münaqişəsinin istinilən yolla həllinə hazır olmalıdır”. Bunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib. O, prezidentlərin gələn həftə baş tutacaq görüşünə də toxunub: “Yanvarın 25-də Soçidə görüş gözlənilir. Biz münaqişəni dinc yolla həll etməyə çalışırıq. Əgər dinc həll yolu tapılmasa, görünür, biz başqa yola axtarmalı olacağıq. Biz torpaqlarımızı işğaldan azad etməliyik. Torpaqlarımıza heç kimə verməyəcəyik”.
Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu barədə danışan Ramiz Mehdiyev deyib ki, Forum gələn ildən ənənəvi olmaqla beynəlxalq status daşıyacaq. O bildirib ki, 2011-ci ildən etibarən Humanitar Əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Forumunun formatı yalnız Azərbaycan və Rusiyanın nümayəndələri ilə məhdudlaşmayacaq: “Biz belə qərara gəldik ki, bu, Bakı Forumu olmalıdır. Bakı Forumu dedikdə, burada yalnız Rusiyanın tanınmış xadimləri deyil, həm də hər bir ölkənin nümayəndəsi iştirak edə biləcək. Bu bizə Azərbaycanın problemləri, ölkəmizin durumu haqqında məlumatları dünyaya çatdırmaq imkanı verəcək”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: