Ramin Mehmanpərəst: İran uranı zənginləşdirməyə davam edəcək
07 Yanvar 2012 Şənbə 14:12
İran beynəlxalq təzyiqlərə baxmayaraq, uranı zənginləşdirməyə davam edəcək.
APA-nın məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmisi Ramin Mehmanpərəst bildirib. Onun sözlərinə görə, İranın nüvə proqramı dinc məqsədlərə xidmət edir. Bu baxımdan rəsmi Tehran proqramı dayandırmaq niyyətində deyil.

Qeyd edək ki, Qərb dövlətləri və bir çox beynəlxalq təşkilat İranın mübahisəli nüvə proqramından məqsədinin atom bombası istehsal etmək olduğunu hesab edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar