Ramil Usubov vətəndaşları icazəsiz mitinqlərə qoşulmamağa çağırdı
01 Aprel 2011 Cümə 02:12
“Təşkilatçılar bilirlər ki, polis qanunsuz mitinqə gəlməyə, müəyyən çıxışlar etməyə imkan verməyəcək və orada qarşıdurma olacaq”.
Azərbaycanın daxili işlər naziri Ramil Usubov vətəndaşları radikal müxalifətin icazəsiz mitinqlərində iştirak etməməyə çağırıb. “Bəri başdan təşkilatçılar bilirlər ki, polis qanunsuz mitinqə gəlməyə, müəyyən çıxışlar etməyə imkan verməyəcək və orada qarşıdurma olacaq. Bu, polisə müqavimət kimi qiymətləndiriləcək və hüquqi qiymət veriləcək, cinayət işi qaldırılacaq və bu işin təşkilatçıları da, aktiv iştirakçıları da qanun qarşısında cavab verəcəklər”. Trend-in məlumatına görə, Ramil Usubov bunu AzTV-yə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, dünyanın bütün sivil dövlətlərində qanunsuz hərəkətlərin qarşısı çox ciddi alınır: “Biz imkan verə bilmərik ki, Azərbaycan xalqının demokratik cəmiyyətdə yaşamaq arzusuna kimlərsə problem yaratsın, kölgə salsın. Dövlətin kifayət qədər imkanı və gücü var və əsas da odur ki, Azərbaycan vətəndaşlarının bu hərəkətə qarşı böyük etirazı var”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar