Ramil Səfərov Azərbaycan Silahlı Qüvvələrinə bərpa olunub, ona mayor rütbəsi verilib
01 Sentyabr 2012 Şənbə 15:18
Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Azərbaycan Ordusunun zabiti Ramil Səfərovu qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Vətənə dönməsi və prezident İlham Əliyev tərəfindən əfv olunması münasibəti ilə R. Səfərovu təbrik edən müdafiə naziri onu mayor rütbəsi ilə təltif edərək gələcək hərbi fəaliyyətində uğurlar arzulayıb.

Müdafiə naziri Azərbaycan zabitinə-vətəndaşına göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə təşəkkürünü bildirməklə yanaşı, atılan bu addımı Azərbaycan xalqı qarşısında misilsiz xidmət kimi qiymətləndirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar