Ramazan səbəbilə Dubayda iş saatları azaldıldı
30 İyul 2011 Şənbə 07:23
BƏƏ-də iş saatları 8 saatdan, 6 saata düşürülüb.
Ramazan ayının yay mövsümünə təsadüf etməsi səbəbilə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) iş saatları azaldılıb. Bu barədə açıqlama verən Əmək və Əhalinin sosial müdafiəsi nazirliyi qaydanın müsəlman və qeyri-müsəlman hamıya şamil olunduğunu bildirib. Bu qaydanın həm dövlət, həm də özəl sektora aid olduğunu bildirən nazirlik rəsmisi buna riayət etməyənlərin və qeyri-müsəlmanları göstərilən vaxt xaricində işlədənlərin cəzalandırılacağını vurğulayıb. Qeyd edək ki, BƏƏ-də iş saatları 8 saatdan, 6 saata düşürülüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar