«AKP iqtidarının Azərbaycana baxışı bəllidir. Azərbaycanın Ermənistanla apardığı danışıqlar, bizim Ermənistanla apardığımız danışıqlara paraleldir». Bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının qrup toplantısında deyib. O, heç vaxt Azərbaycanı tərk buraxmadıqlarını və getdiyi hər toplantıda Azərbaycanı müdaifə etdiyini bildirib. «Azərbaycana yaraşan nə idisə onu etmişik. Bunun xaricində bir şey düşünmək AKP iqtidarına hörmətsizlik olar».
Ərdoğan bölgədə etibar və sabitliyin təmin edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirib. /ANS PRESS/