Quzanlı-Xındırıstan-Əhmədağalı-Əfətli avtomobil yolunun tikintisinə 6 milyon manat ayrılıb
11 İyul 2011 Bazar Ertəsi 19:57
Azərbaycan prezidenti İlham Əliyev Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Quzanlı-Xındırıstan-Əhmədağalı-Əfətli avtomobil yolunun tikintisinə 6 milyon manat ayrılıb.
Azərbaycan prezidenti İlham Əliyev Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. ANS PRESS-in Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, 46 min nəfər əhalinin yaşadığı 21 kəndi, 6 məcburi köçkün qəsəbəsini birləşdirən Quzanlı-Xındırıstan-Əhmədağalı-Əfətli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitdən Ağdam Rayon İcra Hakimiyyətinə 6,0 (altı) milyon manat ayrılıb.

Maliyyə Nazirliyi sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin edəcək.

Sərəncamdan irəli gələn məsələləri həll etmək isə Nazirlər Kabinetinə tapşırılıb. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar