"Quş qripi" ilə "donuz qripi" virusları bir-birinə qarışa bilər
20 İyun 2009 Şənbə 20:50
Genlər üzrə Beynəlxalq Mərkəzin Dehli şöbəsi xəbərdarlıq edib

 

Alimlər hesab edir ki, "quş qripi" ilə "donuz qripi" virusları bir-birinə qarışa bilər. Bu barədə Genlər üzrə Beynəlxalq Mərkəzin Dehli şöbəsi xəbərdarlıq edib.

Hind mikrobioloqlarının fikrincə, hər iki virusun insan orqanizmində eyni vaxtda müşahidə olunması daha təhlükəli yeni virusun meydana çıxmasına səbəb olacaq. Bu virus isə hər iki xəstəliyin ən sərt xüsusiyyətlərini daşıya bilər. Belə ki, yeni virus "donuz qripi" kimi insandan-insana daha tez keçə, eləcə də "quş qripi" kimi daha ölümcül ola bilər.

Qeyd edək ki, alimlərin hesablamalarına görə, "donuz qripi"ndən ölüm halları xəstəliyə yoluxanların 0,4 faizində qeydə alınır. "Quş qripi"ndə isə bu göstərici 60 faizdən artıqdır.

Ümumdüyna Səhiyyə Təşkilatının son məlumatına görə, artıq dünyada 95 ölkədə "donuz qripi"nə 45 min yoluxma qeydə alınıb, 180 xəstə isə dünyasını dəyişib. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar