Quş qripi geri qayıdır: 1 milyon toyuq tələf edildi
06 İyul 2012 Cümə 04:56
Yoluxucu virus səbəbilə Meksikada toyuq və yumurta bahalaşıb.
Meksikanın qərbində H7N3 (quş qripi) virusu aşkarlanıb. “Habertürk” saytının yaydığı məlumata görə, virusa yoluxma səbəbilə nəzarətdən keçirilən 2.5 milyon toyuqdan 1 milyonu tələf edilib. Meksika Kənd Təsərrüfatı nazirliyi Xalisko əyalətində 129 fermada araşdırma aparıldığını, 24 fermada virus aşkarlandığını, bu fermaların karantinaya alındığını, araşdırmaların davam etdiyini bildirib.
Qeyd edək ki, yoluxucu virus səbəbilə Meksikada toyuq və yumurta bahalaşıb.
DOSTLARINLA PAYLAŞ: