Qurban bayramı üçün Azərbaycanda kifayət qədər mal-qara var
01 Noyabr 2011 Çərşənbə Axşamı 13:00
"Həm davar və iri buynuzlu mal-qaranın baş sayı, həm də ət istehsalında artım qeydə alınıb".
Qurban bayramı günlərində əhalinin tələbatını ödəmək üçün Azərbaycanda kifayət qədər davar və iri buynuzlu mal-qara var. APA-nın xəbərinə görə, bu barədə kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.
Ölkədə heyvandarlıq sektorunda artım qeydə alındığını xatırladan nazirin sözlərinə görə, həm davar və iri buynuzlu mal-qaranın baş sayı, həm də ət istehsalında artım qeydə alınıb: “Buna görə də Qurban bayramı günlərində əhalinin tələbatını ödəmək üçün problem olmayacaq”.
İ.Abasov qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi həmin heyvanların xəstə vəziyyətdə yox, sağlam vəziyyətdə satılmasını təmin etməlidir: “Bunun üçün nazirlik tərəfindən müvafiq tədbirlər həyata keçirilir”.
Qurban bayramı günlərində ətin qiymətinin artıb-artmayacağına dair sualı cavablandıran nazir Kənd Təsərrüfatı Nazirliyinin qiymət siyasətini həyata keçirən orqan olmadığını söyləyib.
Qeyd edək ki, bu ilin ilk 9 ayında Azərbaycanda kənd təsərrüfatı sektorunda artım 7,6% olub. O cümlədən bitkiçilik sektorunda 10,6%, heyvandarlıq sektorunda 3,7% artım qeydə alınıb.
DOSTLARINLA PAYLAŞ: