Quranı yandıran NATO əsgərləri cəzalandırıla bilər
20 İyun 2012 Çərşənbə 15:38
Baş verən hadisə ilə bağlı Pentaqona hesabat verilib. Quranı yandıran NATO əsgərləri cəzalandırıla bilər.
Əfqanıstandakı hərbi bazada Müsəlmanların müqəddəs kitabı olan Qurani Kərimi yandıran 7 NATO əsgəri cəzalandırıla bilər. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, baş verən hadisə ilə bağlı Pentaqona hesabat verilib. Hazırda o araşdırılır.
Qeyd edək ki, hadisə fevral ayında baş vermişdi. Quranın yandırılması müsəlmanların hiddətinə və qarşıdurmalara, NATO hərbçilərinə hücumlarla nəticələnmişdi.
DOSTLARINLA PAYLAŞ: