Qüdrət Həsənquliyev: Ermənistanı yaşadan iki ölkə var – İran və Türkiyə
30 Dekabr 2011 Cümə 13:24
Milli Məclisin iclasında millət vəkili Qüdrət Həsənquliyev İran və Türkiyəni Ermənistana yardım etməkdə ittiham edib.
APA-nın məlumatına görə, BAXCP sədri hər iki ölkədə islamçıların hakimiyyətdə olduğunu və Ermənistanı məhz bu 2 ölkənin ayaqda saxladığını söyləyib: “Biz adətən İranı tənqid edirik, amma Türkiyəni də yaddan çıxarmamalıyıq. Ermənistanı yaşadan iki ölkə var, bunların hər ikisi müsəlman dövlətləridir”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycandan və Ermənistandan Türkiyəyə işləmək məqsədilə gedənlər üçün yaradılan şəraitdən danışıb. O, Ermənistan vətəndaşlarına Azərbaycan vətəndaşları ilə müqayisədə daha yaxşı şərait yaradıldığını bildirib.
DOSTLARINLA PAYLAŞ: