Qriqol Vaşadze Bakıya qısamüddətli səfərinin əsas mövzusunu açıqladı
08 İyul 2010 Cümə Axşamı 02:15
“Masanın üzərində olan əsas sənəd Azərbaycan, Gürcüstan və Rumıniya arasında qaz nəqlinə dair saziş layihəsidir”.
“Rəsmi bakı ilə Tiflis arasında müxtəlif səviyyələrdə həyata keçirilən görüşləri iki ölkənin bu günkü əməkdaşlığının səviyyəsi tələb edir”. Bunu qısamüddətli səfərlə ötən gün Bakıda olan Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Azərbaycan paytaxtını tərk edərkən deyib. Heydər Əliyev beynəlxalq hava limanında jurnalistlərə açıqlama verən nazirin sözlərinə görə, Azərbaycanla Gürcüstan arasında əməkdpaşlığın əhatə dairəsi genişdir. Elə Bakıda müzakirə olunan məsələlərr də kifayyət qdər çox olub: “Beynəlxalq təşkilatlar çərcivəsində, enerji sahəsində əməkdaşlıq, enerji resurslarının nəqlinin yeni marşrutlarının yaradılması, humanitar sahədə əməkdaşlıq. Misal üçün təhsil sahəsində. Azərbaycanda Diplomatiya Akademiyası var, bizdə isə yoxdur. Bizdə Azərbaycan və türk dilini bilən diplomatlar çatışmır. Həmkarlarımız bu məsələrdə bizə yardım edirlər. Bundan əlavə, əsas məsələrdən biri-regional təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olundu. Bildiyiniz kimi, Cənubi Qafqaz çox perspektivli, həm də diqqət tələb edən regiondur. Azərbaycan və Gürcüstan bu regionun təhlükəsiz və sabit olması üçün calışmalıdır”.
Qeyd edək ki, Bakıya qısamüddətli səfəri çərçivəsində Qriqol Vaşadze azərbaycanlı həmkarı elmar məmmədyarovla görüşüb və Prezident İlham Əliievin qəblunda olub. Gürcü nazir jurnalistlərə müsahibəsində deyib ki, gündəlikdə bir sıra məsələrlər olsa da, əsas diqqət Azərbaycan, Gürcüstan və Rumıniya arasında qaz nəqlinə dair razılaşdırılmış layihəyə yğnəldilb: “Masanın üzərində olan əsas sənəd Azərbaycan, Gürcüstan və Rumıniya arasında qaz nəqlinə dair saziş layihəsidir. Cənubi Qafqazın iki ölkəsi-Azərbaycan və Gürcüstan Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir. Rumıniya, Azərbaycan və Gürcüstan tərəfindən irəli sürülən layihə sıxılmış qazın Avropaya çatdırılması gündəmin əsas mələlərindən biridir”.
Hazırda reallaşdırılan Bakı-Tiflis-Qars dəmir yoluna da toxunan Qriqol Vaşadze, Azərbaycanla Gürcüstan arasında infrastruktur sahəsində sıx əməkdaşlığın mövcud olduğunu bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: