“Qoşunların təmas xəttini keçmək özü-özlüyündə bir hadisədir”
08 Sentyabr 2010 Çərşənbə 22:20
Minsk qrupunun fransalı həmsədri belə deyib
ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye qoşunların təmas xəttini keçərək Xankəndinə getməyi öz-özlüyündə bir hadisə adlandırıb.

“Biz Dağlıq Qarabağa birbaşa Bakıdan qoşunların təmas xəttini keçərək gəlmişik. Bildiyiniz kimi bu, son doqquz ildə ilk olan hadisədir”, - deyə B.Fasye separatçı rejmin rəhbəri Bako Saakyanla görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Fransalı həmsədr Xankəndində də keçirdikləri görüşün təfərrüatları barədə məlumat verməyib: “Sabah biz İrəvanda olmalıyıq və Ermənistan prezidenti Serj Sarkisyan, eləcə də xarici işlər naziri Edvard Nalbandyanla da görüşməliyik. Məhz bundan sonra səfərin yekununa dair press-kommunike dərc olunacaq”.



DOSTLARINLA PAYLAŞ:

oyunlar