Qondarma “soyqırımı” qanununa qarşı olan 6 senator Azərbaycanda səfərdədir
06 Fevral 2012 Bazar Ertəsi 01:32
Nümayəndə heyəti qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları bir məntəqə ilə tanış olacaq.
Fransa Senatının Qafqaz üzrə dostluq qrupunun sədr müavini xanım Natali Qulenin rəhbərlik etdiyi nümayəndə heyəti ötən gün Azərbaycana səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonaqları Milli Məclisin, Xarici İşlər Nazirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi şəxsləri qarşılayıblar.

Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Natali Qule ilə yanaşı, Azərbaycana xoş münasibət bəsləyən daha beş senator - xanım Silvi Qo-Şaven, Jan-Mari Bokel, Evre More, Andre Rexar, Cani Lorju daxildirlər. Bu, onların Azərbaycana ilk səfəridir.

Səfər çərçivəsində nümayəndə heyəti bir sıra görüşlər keçirəcək. Görüşlərdə Azərbaycan ilə Fransa arasında ikitərəfli məsələlər müzakirə ediləcək, bundan əlavə nümayəndə heyəti qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları bir məntəqə ilə də tanış olacaqlar.

Qeyd edək ki, nümayəndə heyətində təmsil olunanlar Fransa Milli Assambleyası və Senatı tərəfindən qəbul edilmiş “Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsi üçün cəza nəzərdə tutan qanun”un əleyhinə səs vermiş senatorlardır.

Fransa Senatı nümayəndə heyətinin Azərbaycana səfəri fevralın 10-da başa çatacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar