Qondarma erməni soyqırımını tanımaq real deyil
19 Aprel 2013 Cümə 12:04
Parlament çoxluğunun lideri Levan Berdzenişvili siyasi planda bu qərarı gözləməyin düzgün olmadığını hesab edir.
"Gürcüstan parlamenti qondarma erməni soyqırımı haqda qanun layihəsini qəbul etməyi düşünmür". ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu, Gürcüstanda yaşayan və ermənilərin maraqlarına xidmət edən bir sıra təşkilatların birgə toplaşaraq gürcü parlamentinə müraciətinə cavab olaraq verilib.

Gürcüstan parlament çoxluğunun liderlərindən biri Levan Berdzenişvili bildirib ki, bu məsələ ilə bağlı Ermənistanın Gürcüstana qarşı heç bir iddiası ola bilməz: "Bu hadisələr baş verəndə Gürcüstan özünü layiqli qonşu kimi aparıb. Biz onlara sığınacaq verdik və baş verənlərə öz münasibətimizi bildirdik. Siyasi planda bundan artığını tələb etmək düzgün deyil. "Soyqırım"ın siyasi tanınması real deyil və bu heç bir halda baş verməyəcək".




DOSTLARINLA PAYLAŞ:

oyunlar