Sükanı ayağı ilə tutmaqda ustalaşan Ostalovski hətta ralli meydançalarında da avtomobillə şou nümayiş etdirir
Uşaqlıqda keçirdiyi qəza səbəbilə əllərini qolları ilə birlikdə itirən polşalı sürücü Bartek Ostalovski avtomobili ayağı ilə idarə edir. Sükanı ayağı ilə tutmaqda ustalaşan Ostalovski hətta ralli meydançalarında da avtomobillə şou nümayiş etdirir. Maşın sürməyi çox sevdiyini deyən qolsuz pilot müsabiqələrdə də iştirak edəcəyini bildirib. Məlumata görə, Ostalovski axırıncı dəfə sentyabr ayında keçirilən “Cars Motor Show 2012” şousunda öz qeyri-adi qabiliyyətini nümayiş etdirib.