Qobustan həbsxanasına narkotik vasitə keçirilməsinin qarşısı alınıb
19 Aprel 2012 Cümə Axşamı 16:27
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan Həbsxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Qobustan Həbsxanasında cəza çəkən 1985-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Əsgərov Nazim Xəlil oğluna bibisi oğlu İslamzadə Üzeyir Telman oğlunun gətirdiyi sovqata baxış keçirilib.

Həmin zaman baş soğanın içərisindən ümumi çəkisi 0,375 qram olan narkotik vasitə - “heroin” və 4,121 qram olan narkotik vasitə - “tiryək” aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar