Qızıl Xaç Komitəsinin nümayəndələri erməni əsirliyində olan Azərbaycan əsgərinə baş çəkiblər
26 Sentyabr 2012 Çərşənbə 18:36
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri sentyabrın 25-də erməni əsirliyində olan Azərbaycan Ordusunun əsgərinə baş çəkiblər.
Bu barədə APA-ya BQXK-nin Bakı nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanova məlumat verib.

Onun sözlərinə görə, hərbi əsirə ailəsindən bir “Qızıl Xaç məktub”u çatdırılıb. Ondan da ailəsinə verilməsi üçün bir “Qızıl Xaç məktubu” alınıb.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu bu ilin iyulunda qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq erməni silahlı bölmələrinə əsir düşüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar