Qızıl Xaç Komitəsi Tovuzda saxlanılan erməni əsirlə görüşəcək
08 Mart 2014 Şənbə 12:23
Qurum hazırda qurum öz mandatına uyğun olaraq saxlanılan Ermənistan vətəndaşı ilə görüşmək üçün tədbirlər həyata keçirir.
Beynəlxalq Qızıl Xaç Komitəsininin əməkdaşları ötən gün günorta saatlarında Tovuz rayonunda saxlanılan erməni ilə görüşəcək.

Komitənin Azərbaycan nümayəndəliyinin mətbuat katibi İlahə Hüseynovanın ANS PRESS-ə verdiyi məlumata görə, qurum hazırda öz mandatına uyğun olaraq saxlanılan Ermənistan vətəndaşı ilə görüşmək üçün tədbirlər həyata keçirir.

“Erməni gəncinin Azərbaycana tərəfinə keçməsi barədə məlumat bizə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən verilib. Hazırda mandatımıza uyğun olaraq, əməkdaşlarımız erməni əsirlə görüşəcək. Bu istiqamətdə danışıqlar aparılır”, - deyə İlahə Hüseynova bildirib.

Qeyd edək ki, martın 7-də günorta saatlarında Tovuz rayonunda təmas xəttini keçən Ermənistan vətəndaşı 1991-ci il təvəllüdlü Arsen Ananyayeviç Xocayan saxlanılıb. O, hazırda Bakıda dindirilir. Onun bir qədər əvvəl də eyni istiqamətdə Ermənistanan gəlmiş Mamikon Xocayanın qohum olduğu məlum olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar