Qızıl Xaç Komitəsi girovlarla görüşdü
30 İyul 2014 Çərşənbə 20:40
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri ermənilərin Kəlbəcərdə girov götürdükləri azərbaycanlılara 2-ci dəfə baş çəkib.
ANS PRESS-in məlumatına görə bu haqda informasiyanı BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova yayıb.

Onun sözlərinə görə, saxlanılan şəxslərə ailə məlumatları çatdırılıb və onlardan ailələrinə çatdırılması üçün məlumat alınıb.

Qeyd edək ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.

Həsən Həsənovun Dağlıq Qarabağda dəfn edildiyi deyilir..


DOSTLARINLA PAYLAŞ:

oyunlar